Daxili xəbərİctimai-siyasiSosial-mədəniXƏBƏRLƏR

Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 210 akt və protokol tərtib olunub

Reform.az Azərtaca istinadən bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar.

Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə məişət və istehsalat tullantılarının atılması sahəsində yol verilmiş qanun pozuntularına görə 210 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 83 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 100 iş üzrə 207400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 32 iş üzrə 14068,01 manat məbləğində iddia qaldırılıb. Bununla yanaşı, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 192 iş üzrə 148565,07 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 36, icra qurumlarına 19, məhkəmələrə isə 5 iş göndərilib.

Əlaqədar məqalələr