UEFA İcraiyyə Komitəsi Salonikidə keçirilən iclasında Avropa klub turnirlərinin 2027/28 və 2028/29 mövsümləri üzrə final matçlarının keçiriləcəyi şəhərləri müəyyənləşdirib.
Çempionlar Liqasının 2027/28 mövsümünün finalı Münhendəki “Allianz Arena”da, 2028/29 mövsümünün finalı isə Barselonadakı “Kamp Nou” stadionunda oynanılacaq.
Avropa Liqasının finallarına müvafiq olaraq Buxarest və Belqrad, Konfrans Liqasının finallarına isə Turin və Budapeşt ev sahibliyi edəcək. UEFA Superkubokunun 2027-ci ildəki oyunu Amsterdamda, 2028-ci ildəki oyunu isə Astanada keçiriləcək.
Reform.az şərhi: Astananın Superkubok matçına ev sahibliyi etməsi region üçün diqqətçəkən qərardır və UEFA-nın böyük oyunları Avropanın ənənəvi mərkəzlərindən kənara da çıxarmağa hazır olduğunu göstərir. 2019-cu ildə Avropa Liqasının finalını qəbul etmiş Bakı üçün də bu, gələcəkdə yenidən iri final matçları uğrunda iddialı olmaq üçün yaxşı nümunədir. “Kamp Nou”nun yenidənqurmadan sonra final alması isə stadionun Avropa futbolunun əsas səhnələrinə qayıdışı deməkdir.
Mənbə: UEFA, Trend

