Qara dənizdə, Ukraynanın Odessa şəhəri sahilləri yaxınlığında Somali bayrağı altında üzən “TEDY” yedək gəmisi dron hücumlarına məruz qalıb. Gəminin heyətində dörd Azərbaycan vətəndaşı olub.

Məlumata görə, gəmi əvvəlcə dronlarla hədəfə alınıb, daha sonra Rumıniyaya doğru hərəkət edərkən daha iki dəfə hücuma məruz qalıb. Hücumlar nəticəsində Aslan Əliyev və Asim Qasımov həlak olub, digər iki azərbaycanlı dənizçi yaralanaraq Odessadakı xəstəxanaya yerləşdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi dənizçilərin ölümünü təsdiqləyib. Hücumların kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Mənbə: AzerNews