“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) bu ilin iyun–avqust aylarında 102 130 uçuşa aeronaviqasiya xidməti göstərib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çoxdur.

Aylar üzrə göstəricilərə görə, iyunda 32 430, iyulda 34 322, avqustda isə 35 378 uçuşa xidmət göstərilib. Beləliklə, avqust yay mövsümünün ən gərgin ayı olub.

Mövsüm ərzində Azərbaycanın hava məkanından 78 749 tranzit uçuş keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 14,5 faiz çoxdur. 22 avqustda bir gündə 920 tranzit uçuş qeydə alınıb — bu, 2025-ci ilin yay mövsümündəki ən yüksək göstəricidən 13,4 faiz artıqdır.

Mövsümün ən yüksək gündəlik trafiki isə 23 avqustda olub: həmin gün Azərbaycanın hava məkanında 1210 uçuşa xidmət göstərilib.

Mənbə: Trend, APA