Maliyyə naziri Sahil Babayev 9 sentyabrda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays və bankın Azərbaycan üzrə yeni ölkə meneceri Saşa Bakes ilə görüşüb.
Görüşdə bildirilib ki, Azərbaycan Dünya Bankına üzv olduğu vaxtdan bəri tərəfdaşlıq çərçivəsində 53 layihə üçün təxminən 4,9 milyard dollar maliyyə vəsaiti ayrılıb.
Tərəflər Azərbaycanla Dünya Bankı arasında uzunmüddətli və strateji tərəfdaşlığın bugünkü vəziyyətini və perspektivlərini, birgə həyata keçirilən layihələri, dövlət maliyyəsinin idarə olunması sahəsində islahatları, həmçinin əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.
Mənbə: Trend, APA
