Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində (AMERIPOL) müşahidəçi statusu əldə edib. Qərar təşkilatın Direktorlar Şurasının V Fövqəladə Sammitində qəbul olunub.
Nazirliyin açıqlamasına görə, yeni status AMERIPOL-a üzv dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlığın genişləndirilməsinə, məlumat və qabaqcıl təcrübə mübadiləsinə, eləcə də Azərbaycanın təşkilatın tədbirlərində iştirakının artırılmasına şərait yaradacaq.
Bildirilir ki, müşahidəçi statusu transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa, ekstremizmə və insan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın inkişafına da töhfə verəcək.
Mənbə: Axar.az, APA
