Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Afgan İsayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində çıxış edərək şirkətin metan emissiyalarının azaldılması proqramından danışıb. Onun sözlərinə görə, son iki ildə əldə olunan irəliləyiş təxminən 1–2 milyon ton CO₂ ekvivalentinə bərabərdir.

Proqramın əsas hədəfi metan intensivliyini sıfıra yaxın səviyyəyə endirməkdir. Bildirilir ki, proqram çərçivəsində müəyyən edilmiş yüksək emissiyalı sahələrin hamısı aradan qaldırılıb.

Emissiyaların ölçülməsində SOCAR Boston Consulting Group, Sniffers və GHGSat şirkətləri ilə əməkdaşlıq edir. Bərpa olunan enerji layihələrində şirkətin tərəfdaşları sırasında Masdar, ACWA Power, BP və Universal Energy, geotermal tədqiqatlarda isə Schlumberger və Baker Hughes var.

Çıxışda 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin enerji balansındakı payının ən azı 30 faizə çatdırılması hədəfi də xatırladılıb.

Mənbə: Trend