Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 8 sentyabrda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan və ildırım da istisna olunmur. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq və arabir güclənəcək.

Havanın temperaturu gecə 18–20, gündüz 22–25 dərəcə isti olacaq. Nisbi rütubət 60–70 faiz, atmosfer təzyiqi 764 mm civə sütunu ətrafında gözlənilir.

Rayonlarda da bəzi yerlərdə arabir yağış yağacaq, qısamüddətli leysan, ildırım və dolu ehtimalı var. Yağıntıların gecə intensivləşəcəyi, gün ərzində isə tədricən kəsiləcəyi bildirilir. Yüksək dağlıq ərazilərdə qar yağa bilər, dağlıq rayonlarda gecə və səhər saatlarında arabir duman olacaq.

Rayonlarda havanın temperaturu gecə 16–20, gündüz 25–28 dərəcə isti, dağlarda isə gecə 8–13, gündüz 15–20 dərəcə isti olacaq.

Mənbə: Axar.az (Milli Hidrometeorologiya Xidməti)