Misli Premyer Liqasının IV turunda Qarabağ Tofiq Bəhramov adına Respublika Stadionunda Araz-Naxçıvanı qəbul edib. Gərgin keçən oyun ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 8-ci dəqiqədə Joni Montiel açıb. 67-ci dəqiqədə Renaldo Cephas fərqi ikiyə çatdırıb, 72-ci dəqiqədə isə Luka Dumančić qonaqlar üçün cavab qolu vurub. 89-cu dəqiqədə Musa Qurbanlı Qarabağın üçüncü qolunu vurub, Ağadadaş Salyanski isə 90+3-cü dəqiqədə hesabı 3:2-yə çatdırıb.
Bu nəticədən sonra Qarabağ 9 xalla turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Ağdam klubu rəqiblərindən bir oyun az keçirib. Araz-Naxçıvan isə 1 xalla 11-ci yerdədir.
Mənbə: Axar.az
