Almaniyanın Aşağı Saksoniya əyalətinin Hannover bölgəsində, Vunstorf hərbi aerodromunun yaxınlığında naməlum pilotsuz uçuş aparatı qəzaya uğrayıb. Bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, dron yaşayış evləri olmayan əraziyə düşüb. Hadisə yerinə polis cəlb olunub, əməkdaşlar aparatın qalıqlarını axtarır.

Hələlik dronun kimə məxsus olduğu, kim tərəfindən idarə edildiyi və düşmə səbəbi məlum deyil. Vunstorf aerodromu Almaniya Hərbi Hava Qüvvələrinin nəqliyyat aviasiyası bazasıdır.

Reform.az şərhi: Son dövrdə Avropanın bir sıra ölkələrində hərbi obyektlər, hava limanları və kritik infrastruktur üzərində naməlum dronların uçuşları barədə məlumatlar artıb və bu, Avropa təhlükəsizlik strukturlarını ciddi narahat edir. Belə hadisələrin əksəriyyətində aparatın sahibi uzun müddət müəyyən edilmir ki, bu da hava məkanına nəzarət sistemlərində boşluqların olduğunu göstərir.

Mənbə: Bild, Oxu.az